
Heydər Əliyev Fondu nəinki Azərbaycanda, həm də xarici ölkələrdə humanitar, təhsil, mədəniyyət, səhiyyə, qadınların cəmiyyətə inteqrasiyasının asanlaşdırılması istiqamətində layihələr həyata keçirir!!
Bunu Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Rubina Saadat Qaimxan-dan “Humanizmin rəmzi” mükafatı alan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də deyib.
Pakistanlı deputat vurğulamışdır ki, onun xalqı göstərilən yardımlara görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fonduna və şəxsən Mehriban xanım Əliyevaya minnətdardır və Mehriban Əliyevanı Pakistana dəvət edir. Mehriban xanım Əliyeva dəvəti məmnunluqla qəbul etdi.

