İranın cənubunda yerləşən Buşehr Ostanının Kaki məntəqəsində Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib. ilkin nəticələrə görə 3 nəfər həlak olub.
Tehran Universitetinin Geofizika İnstitutu bildirib: Bu zəlzələ yerli vaxtla saat 16:22-də yerin 12 kilometr dərinliyində baş verib.
Həmçinin, saat 16:35-də Rixter cədvəli ilə 5.3 bal gücündə ikinci yeraltı təkan bu məntəqəni lərzəyə gətirib.
Zəlzələ məntəqəsinə imdad grupları cəlb olunub.