İranın daxili işlər naziri Pakistanın baş naziri ilə görüşüb

Pakistanın baş naziri müxtəlif sahələrdə Tehran – İslamabad münasibətlərinin genişləndirilməsini istəyib.

Pakistanın baş naziri çərşənbə axşamı günü , paytaxt İslamabadda , İranın daxili işlər naziri ” Əbdürrəhman Rəhmani Fəzli ilə görüşüb.

Görüşdə Pakistan İranla müxtəlif sahələrdə o cümlədən siyasi-iqtisadı və ticarət zəminlərində münasibətlərin hərtərəfli şəkildə genişləndirmək əzmində olmasını bildirib.

İranın daxili işlər naziri də bu rəsmi görüşdə iki ölkənin müştərək dini-tarixi-mədəni ortaqlıqları və tarixi xüsusiyyətlərinə işarə edərək deyib : İİR Pakistanı özünün dost və qardaşı bilir.

Nəvaz Şərif ilə Rəhmani Fəzli arasında baş tutan bu görüş çərçivəsində təhlükəsizlik və sərhəd məsələləri kimi mövzular da mübahisə olunub.

İran rəsmisi İslamabada iki günlük səfər çərçivəsində o ölkənin daxili işlər naziri , Pakistan baş nazirinin milli və xarici siyasət məsələləri üzrə baş müşaviri ilə ikitərəfi maraqlandıran məsələləri də müzakirə edəcək.

Qeyd edək ki , İranın daxili işlər naziri bazar ertəsi günü axşamüstü siyasi bir nümayəndə heyətin başında İslamabada səfər edib.

↑
Mobil sürümden çık