İranın hazırkı və seçilmiş prezidentləri keçid dövründə həmkarlığı müzakirə ediblər

Çərşənbə axşamı günü doktor Mahmud Əhmədinejadın höccət-ül-islam doktor Həsən Ruhani ilə görüşündə İran prezidentinin siyasi qüdrətin seçilmiş prezidentə təhvil verilməsinə tam hazır olduğu elan edilib.

Əhmədinejad bu görüşdən sonra müxbirlərə deyib: Yaxşı bir ənənə qoyulubdur ki, məsul şəxslər xalqın seçdiyi prezidenti təbrik edir və mən də bu yaxşı ənənəni yerinə yetirdim və bu gün xalqın seçimi olmaq iftixarına çatmış əziz qardaşımız cənab Ruhaninin xidmətinə getdim.
Əhmədinejad əlavə edib: Dövlət bütün işləri yaxşı şəraitdə və tam şəkildə gələcək dövlətə və xalqın seçdiyi prezident kimi cənab Ruhaniyə köçürməyə hazırdır.

↑
Mobil sürümden çık