İran İslam Respublikasının iqtisad və maliyyə nazirinin müavini və Vergilər Təşkilatının sədri Əli Əsgərinin Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov görüşündə iki ölkənin iqtisadiyyat sahələrindəki əməkdaşlıqlarının formatı barəsində fikir mübadiləsi aparılıb.
İranın Bakıdakı səfiri Möhsün Pakayinin iştirakı ilə keçirilən bu görüşdə Azərbaycan Respublikasının vergilər naziri iki ölkənin geniş münasibətlərinə toxunub.
Fazil Məmmədov deyib: İkitərəfli sahədə də əvvəlkindən daha çox bir-birlərinin təcrübələrindən istifadə olunmalıdır.
İki dost və qardaş ölkə arasında geniş əməkdaşlıqları vurğulayan Fazil Məmmədov əlavə edib: İki ölkə münasibətlərinin möhkəmlənməsi üçün çoxlu faktlar vardır ki, iki ölkənin ortaqlıqları bu faktların mehvəridir.
İranın iqtisad nazirinin müavini də Bakıya səfər və əməkdaşlıqların genişləndirilməsi istiqamətində yolların tapılması üçün Azərbaycan Respublikası rəsmiləri ilə danışıqları dəyərli adlandırıb və deyib: Müxtəlif iqtisadi əməkdaşlıq sahələrinə diqqət yetirmək və iki ölkə arasında əlavə vergilərdən çəkinmək üzrə razılaşmanın imzalanması ilə iki ölkə investorları iqtisadi anlaşmalarda daha aktiv iştirak edə bilərlər.