AsyaDünyaİranXƏBƏRLƏR

İranın Məkran sahilləri konfransı keçirilib

İran İslam Respublikasının Hormozqan vilayətinin Cask limanında “Məkran sahillərinin inkişafı və dəniz iqtidarı” adlı ikinci milli konfransın açılışı olub.

Cask şəhəri 2014-cü il aprel ayında İran hökuməti tərəfindən sərbəst iqtisadi zona statusuna malik olub.
Cask şəhərinin 51 min nəfər əhalisi var və Bəndərabbas limanının 300 kilometrliyində yerləşir.
Məkran sahillərinin sərbəst sularla bilavasitə əlaqəsi bu zonanın iqtisadi potensiallarının güclülüyünə zəmin yaradıb.
Məkran sahillərinin inkişafı və dəniz iqtidarı konfransının katibi admiral Mehrdad Ali Əhməd həmin iki günlük konfransın əsas məqsədlərinin dənizdəki ehtiyatlardan düzgün istifadəyə zəmin yaratmaq qabiliyyətləri və potensialları tanımaq və onlardan Cask limanının inkişafı istiqamətində istifadə olduğunu vurğulayıb.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani həmin konfransda Cask və Məkran sahilləri kimi yüksək potensiallara malik zonaların inkişafı üzərində təkid edərək konfransın nəzərdə tutduğu məqsədlərə nail olacağına ümidvar olduğunu bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu