İranın müdafiə naziri 4-cü nəsil texnologiyasına diqqəti göstərilməsini istəyib

İran İslam Respublikasının müdafiə naziri 4-cü nəsil texnologiyaya diqqətin göstərilməsini başçılıq etdiyi nazirliyin əsas prioritetlərindən adlandırıb.

General-polkovnik Hüseyn Dehqan deyib: İranın Müdafiə Nazirliyi ötən 30 ildə tədqiqat və istehsal sahəsində dəyərli təcrübələrə və texnologiyanın inkişafı sahəsində 3 nəsildə gerçəkləşən yeniliklərə istinadla günün tələbinə uyğun formada yeni texnologiyalardan istifadəyə diqqət yönəldəcək.

İranın keçmiş müdafiə naziri Əhməd Vəhidi də İranın müdafiə sənayesi sahəsindəki nailiyyətlərinə işarə edərək, deyib: Bu gün İran elə bir mərhələyə çatıb ki, heç kəs ona qarşı avantürist fikrə qapıla bilməz.

↑
Mobil sürümden çık