İranın müdafiə naziri sionist nazirin militarist açıqlamasını cavablandırdı

İran İslam Respublikasının müdafiə naziri sionist rejimin baş nazirinin militarist açıqlamasını İranın beynəlxalq səhnədə siyasi uğurunun göstəricisi adlandırıb.

General-mayor Hüseyn Dehqan cümə günü sionist rejim baş naziri Benyamin Netanyahunun BMT-də İrana qarşı son çıxışına reaksiyada deyib: Netanyahunun son qəzəblə dolu və militarist reaksiyası İran İslam Respublikasının beynəlxalq sahədə uğurlu siyasəti və nüfuzunun göstəricisidir.

Nazir sionist rejim tərəfindən İran İslam Respublikasına qarşı birtərəfli hərbi addım barəsində də deyib: Bu rejim o qədər zəifdir ki, belə həyasızlığı etmək şücaətinə də malik deyil.

↑
Mobil sürümden çık