İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei düşmənin iqtisadi müharibəsi ilə mübarizə aparmaq üçün İran İslam Respublikasının müqavimət iqtisadiyyatının prinsipini icra üçün elan ediblər.
İslam İnqilabının Böyük Rəhbəri İslam Respublikasına hakim üçlü qüvvələrin başçıları və Məsləhət Şurasına ünvanladığı məktubda 24 maddəlik müqavimət iqtisadiyyatının prinsipini elan ediblər.
İslam iqtisadiyyatı quruluşunda yaranan elmi və yerli örnəyin ardıcılı olmaq İranın müqavimət iqtisadiyyatının prinsipinin əsas maddələrindəndir.
İranın müqavimət iqtisadiyyatı prinsipində İranın beynəlxalq mövqeyinin yüksəldilməsi, məhsulların istehsal və ixracı, İranın əsas elmlərinin xidmətlərinin artırılması, regionda bilik iqtisadiyyatının 1-ci yerinin əldə olunması əsas məqsədlərdəndir.
Müqavimət iqtisadiyyatı prinsipində ictimai ədalət göstəricilərinin yüksəldilməsi, istehsal və səmərəlilik, məşğuliyyətin artırılması və güzəştli yardımların məqsədə uyğunlaşdırılması vurğulanıb.