AzərbaycanXƏBƏRLƏR

İlham Əliyev ABŞ-a Rüstəm İbrahimbəyova mane olmamaq vədini verib!

“İyulun əvvəlində Bakıya gələn ABŞ konqresmenləri prezident İ.Əliyevdən MŞ-nin vahid namizədinin seçkilərində iştirak etməsinə mane olmamaq vədini alıblar.”

Bunu Milli Şuranın təmsilçiləri, təşkilatın sədri Rüstəm İbrahimbəyovla 30 iyulda Tiflisə görüşməkdən sonra bir bəyanatda bildiriblər.
Bəyanatda əlavə olunub : “Biz Milli Şuranın yaradılmasına və qarşıdan gələn prezident seçkilərində vahid namizədlə istirak etmək qərarı vermiş, azad və ədalətli seçkilərin keçirilməsinə dəstək vermələri üçün ABŞ, AB və beynəlxalq təşkilatlara müraciətlər etmişik.”
Bəyanatda əlavə olunub : “Seçkidə güclü rəqibinin iştirakından qorxuya düşən hakimiyyət seçkiləri asan saxtalaşdırmaq üçün birincisi, ATƏT və Avropa Parlamentini müşahidə üçün seçkilərə dəvət etməyib. R.İbrahimbəyovun əleyhinə qondarma “cinayət’’ işi formalaşdırır. Bu məqsədlə onunla birgə kino sənətində çalışanları intensiv şəkildə istintaqa çağırırlar, onları korrupsiya və rüşvətdə günahlandırmağa çalışır və bunların R.İbrahimbəyov tərəfindən təşkil olunduğunu bəyan etmək istəyirlər. Əlbəttə, Azərbaycanda bu qondarma cinayət işinə inanan bir nəfər də tapılmaz. Ancaq, hakimiyyət R. İbrahimbəyovu Bakıya gələrkən qondarma cinayət işindən istifadə edib həbs etmək və seçkilərə buraxmamaq istəyir.”

Bəyanatda əlavə olunub : “Biz ümid edirik ki, ABŞ Konqresi və höküməti, BMT, AŞ, ATƏT, AP kimi nüfuzlu beynəlxalq və regional təşkilatlar buna yol vermək niyyətində olmayan xalqın yanında olacaq və Azərbaycan hökumətindən verdiyi sözə əməl etməyi qətiyyətlə tələb edəcək”.
Milli Şuranın Tiflisdəki müşavirəsindən sonra Rüstəm İbrahimbəyov bildirib : “Bakıya Milli Şura qərar verəndə gələcəm.”
Rüstəm İbrahimbəyov avqustun 1-də Moskvaya dönür.
O Tiflis toplantısı ilə bağlı isə vurğulayıb : “Tiflis bizim sevdiyimiz şəhərlər sırasında ona görə var ki, buradan Azərbaycanın inqilabi hərəkatı başlayıb. Yəni bu, bir ənənədir. Ona görə də Milli Şuranın 100 ildən sonra yenidən Tiflisdə toplaşması olduqca əsaslıdır”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu