İran İslam Respublikasının neft naziri neft və enerji sahələrində ikitərəfli həmkarlıqların genişləndirilməsi barədə Hindistan rəsmisi ilə danışıqlar aparıb.
yüksək səviyyəli neft heyəti ilə Yeni-Dehliyə daxil olmuş Rüstəm Qasemi bu gün Hindistanın neft və qaz naziri- M. Virpa Moyli ilə görüşdə onunla neft və qaz sahələrində birgə investisiyalar xüsusiyyət təşkil etməklə iki ölkənin neft münasibətləri barədə fikir mübadiləsi aparıb.
Hindistan İran İslam Respublikasından neft idxal edən ölkələrdəndir və ABŞ-ın bəzi təzyiq və sanksiyalarına rəğmən, İrandan neft idxal etməyi davam etdiribdir.
Hindistanın neft rəsmiləri daim vurğulayıblar ki, Amerikanın təzyiqlərinə təslim olmayacaq və İrandan neft idxalını davam etdirəcəklər.