AsyaBəhreynDünyaXƏBƏRLƏR

Daha bir bəhreynli gənc Ali-Xəlifə rejiminə bağlı qüvvələr tərəfindən qətlə yetirilib

Bəhreynli fəallar daha bir bəhreynli gəncin Ali-Xəlifə rejiminə bağlı qüvvələr tərəfindən öldürüldüyünü bildiriblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, bəhreynli fəallar Bəhreyndə insan haqlarının Ali-Xəlifə rejimi tərəfindən geniş formada pozulmasına işarə edərək, paytaxt Manamanın qərbində yerləşən Sitrə məntəqəsində bir bəhreynli gəncin Ali-Xəlifə rejiminə bağlı qüvvələr tərəfindən öldürüldüyünü bildiriblər.
Bundan öncə də Əbdüləziz Əlibar adlı iyirmi yeddi yaşlı bir gənc cari ilin fevral ayının sonlarında Ali-Xəlifə rejiminə bağlı qüvvələr tərəfindən ağır şəkildə döyülməsinin ardınca həyatını itirmişdi.
Ali-Xəlifə rejimi iki min on birinci ildə Bəhreyndə hakim rejim əleyhinə xalq qiyamlarının başlanmasının ardınca Səudiyyə Ərəbistanı kimi irticaçı ərəb rejimləri və ABŞ başda olmaqla Qərb dövlətləri tərəfindən aldığı dəstək və himayələrə arxalanaraq, narazı xalqı amansız formada repressiya edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu