Asiya

İranın Pakistana Elektrik ixracatı 40% artacaq

İranın Pakistana Elektrik ixracatı 40% artacaq

İran İslam Respublikası prezidenti Həsən Ruhani’nin Pakistan ziyarəti əsnasında İranın Pakistana elektrik ixracatının 40% artması qərarlaşdırıldı.

Ziyarət əsnasında İran Enerji naziri Həmid Çitciyan və Pakistan Su və Elektrik naziri Khaje Mohammad Asıf arasında varılan razılaşma gərəyi İranın Pakistana elektrik ixracatının 40% artacağı ifadə edildi.

İki nazir arasındakı görüşdə elektrik ixracatının 1000 ilə 3000 meqavat artması barəsində müzakirələr başlaması da qərarlaşdırıldı.

Müzakirələr gələcək ay Pakistanlı Nazirin Tehran səfəri əsnasında reallaşacaq.