BMT-yə üzv ölkələr qətiyyətlə İran prezidenti- Həsən Ruhaninin ifratçılıq və kobudluqla mübarizə üzrə təklif etdiyi layihənin lehinə səs veriblər.
İran İslam Respublikasının prezidenti- Həsən Ruhani avqust-sentyabr aylarında BMT-nin Baş Assambelyasında etdiyi çıxışında bir təklif irəli sürərək, kobudluq olmayan bir dünyanın olmasını istəmişdi və bu təklif BMT-yə üzv yüz doxsan ölkənin lehinə səsi ilə ifratçılıq və kobudluqla mübarizə qətnaməsinə çevrildi.
Bu qətnamədə iqtisadi, ictimai, mədəni və ya humanitar sahələrdə beynəlxalq problemlərin həlli üçün beynəlxalq əməkdaşlığın vacibliyi, insan haqlarına hörmət və insanın irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasəti, təfəkkürü, milliyəti, sərvəti, doğum yeri və durumundan asılı olmayaraq, hamı üçün azadlığa təkid edilib.
Bu qətnaməyə əsasən, bütün BMT üzvləri üzərlərinə öhdəlik götürüblər ki, ərazi bütövlüyü və ya siyasi istiqlaliyyət, yaxud da BMT-nin hörmət etdiyi prinsiplər əleyhinə gücdən istifadə ilə bir-birini hədələməkdən çəkinəcəklər.
