İranın raket qüdrəti preventivik mahiyyəti daşıyır və region ölkələrinin stabilliyini də təhdid etmir.
İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaeddin Burucerdi bu fikri səsləndirib.
Burucerdi bir müsahibədə amerikan rəsmilərini İranı region ölkələrinin əleyhinə təhdid mənbəyi kimi qələmə vermələrinə işarə edərək deyib : Amerikalıların bu iddiası əsassızdır və İranın raket qabiliyyəti məntəqə ölkələrinin əleyhinə deyil və sırf müdafiə xarakteri daşıyır.
Burucerdi əlavə olaraq deyib : Səddam rejiminin İİR qarşı qəbul etdirdiyi 8 il savaşın cəhətlərini nəzərə alaraq Tehran özünün hərbi strategiyasını önləyicilik əsasında qurub və bu siyasəti də qətiyyətlə həyata keçiriləcək.
ABŞ İranı region və dünya ölkələrinin əleyhinə təhdid mənbəyi kimi göstərməkdə dəridən-qabıqdan çıxır.