İran İslam Respublikasının Sərhəd Qoşunları Komandanı general Hüseyn Zülfüqari bazar ertəsi günü bir heyətin müşayiəti ilə Bakıya daxil olub.
İran İslam Respublikası Sərhəd Qoşunları Komandanı general Hüseyn Zülfüqari Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin rəsmi dəvəti və İran və Azərbaycan Respublikasının sərhəd əməkdaşlıqlarının genişləndirilməsi barəsində danışıqlar aparmaq məqsədilə Bakıya səfər edib.
Bakı hava limanında general Zülfüqarini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini leytenant Tağıyev və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin qarşılayıb.
İranın Bakıdakı səfiri bu səfərin məqsədini iki ölkənin uzun sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi, narkotik maddələrin qaçaqmalçılığı kimi problemlərlə müştərək mübarizənin aparılması və bu barədə İranın təcrübələrinin Azərbaycan tərəfinə təqdim olunması adlandırıb.
Pakayin iki ölkə sərhədlərini qardaşlıq və dostluq simvolu adlandırıb və əlavə edib: Xoşbəxtlikdən iki tərəfin dostluq anlaşmalarına görə, iki ölkə sərhədləri ən təhlükəsiz sərhədlərdən biri sayılır.