
İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün bazar günü media mənsubları toplusunda deyib: “ İranın Milli Təhlükəsizlik Ali Şurasında bir layihəni tənzimləməkdəyik ki, bu layihədə sərhəd sakinlərinin vəziyyətinin yaxşılaşdırılması və onların həyat səviyyəsinin yüksəldilməsi üçün kreditlərin verilməsi nəzərdə tutulub”.
İranın sərhəd məntəqələrində sərhəd bazarlarının yaradılmasına işarə edən Salehi sonra deyib: “ Son illər ərzində yaradılan bu bazarların sayı, olduqca çox olubdur və keçmişlə müqayisə ediləsi deyildir”.
İran qonşuları ilə qoru və su problemlərinin həll edilməsi barədə münasibət bildirən İranın xarici işlər naziri həmçinin deyib: “ Yaxın gələcəkdə su və quruda İranla qonşu ölkələr arasında mövcud olan bütün problemlər həll ediləcəkdir”.
Əli Əkbər Salehi həmçinin deyib: “ Hal hazırda 21-ci əsirdə yaşayırıq, və 19-cu və 20-ci əsirlərdə olduğu kimi ölkəni idarə etmək olmaz, sərhədlərin açıq və azad olduğu və bu sərhədlərdə sərbəst ticarətin baş verdiyi nöqtəyə çatmalıyıq”.