İranXƏBƏRLƏR

“İranın Suriya barəsindəki mövqeyi region ölkələri ilə münasibətlərinə müdaxilə etməməlidir”

İranın Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, qonşu və region ölkələri İranla ikitərəfli münasibətlərini Suriya böhranı barəsindəki İranın mövqeyi ilə əlaqələndirməməlidirlər.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İRNA ilə müsahibədə region ölkələrindən birində de-stabil vəziyyətin bütün regionun de-stabil vəziyyətdə olması mənasında olduğunu bildirərək deyib: Müxtəlif böhranlar barəsində region ölkələri rəsmiləri arasında siyasi fikir ayrılıqları mövcuddur. Bu tamamilə təbiidir. Lakin bu fikir ayrılıqları ölkələrin bir-birləri ilə münasibətlərində təsiredici olmamalıdır.

 

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İranın həmişə xalq bazasına söykənən qüdrətli region ölkələrini istədiyini bəyan edərək bildirib: Region ölkələri də bilməlidirlər ki, güclü və qüdrətli İran region ölkələrinin xeyrinədir və regionun stabillik və təhlükəsizliyinin təmin olunmasında rol oynaya bilər.

Mehmanpərəst həmçinin İran və Türkiyə iqtisadi münasibətlərinin inkişafına toxunaraq deyib: Tehran-Ankara iqtisadi ticarət dövriyyəsinin həcmi 2012-ci ilin sonunda 21 milyard dolları keçib və iki ölkə rəsmiləri ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılmasını planlaşdırıblar.

 

İran XİN sözçüsü Tehran-Qahirə münasibətləri barəsində də deyib: Misir ərəb dünyasında zəngin tarixə və təsiredici mədəniyyətə malikdir və İran və Misir münasibətlərinin genişlənməsi İran və Misirin mənafeyinin kənarında region ölkələrinin də mənafeyini təmin edəcək.

Mehmanpərəst həmçinin İran İslam Respublikasının ümumi baxımdan neft və qaz ehtiyatlarında dünyada ilk yerdə durduğunu bəyan edərək söyləyib: İran Avropa ölkələrinin ehtiyac duyduğu enerjinin uzunmüddətli təminatçısı ola bilər. Çünki Avropa həmişə İranın xarici siyasətinin prioritetlərindən biridir.

 

Mehmanpərəst həmçinin sülh boru kəmərindən istifadə ilə əlaqədar söyləyib: İranın milli mənafeyi tələb edir ki, regionda müxtəlif ölkələrlə öz münasibətlərini genişləndirsin və bir qonşu ölkə ilə yaxşı münasibətlər Tehranın digər qonşu ilə münasibətlərinə zərbə vurmaq mənasında deyil.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı