İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Aviasiya Təşkilatının sədri yaxın günlərdə yeni dəniz Kruz raketinin təqdimat mərasiminin keçiriləcəyindən xəbər verib.
General-mayor Seyid Mehdi Fərəhi deyib: Bu raket öncəki raketlərin təkmilləşdirilmiş nümunəsidir və dəniz döyüşlərində İranın hərbi-müdafiə qüdrətini artırmış olacaq.
Fərəhi daha sonra deyib: Öncəki raketlərə edilən dəyişikliklər nəticəsində yeni və daha güclü bir raket əldə edilib ki, daha uzaq məsafəni vurmağa və daha artıq dağıdıcı gücə malikdir.
İranın Müdafiə Nazirliyinin Aviasiya Təşkilatının səkkizi 18 Aprel, İranda ordu gününə işarə edərək, deyib: Ordu günündə yeni nailiyyətlərin təqdimatı olacaq.
Qeyd edək ki, İran İslam Respublikasının Silahlı Qüvvələri aprelin 16-da Fars körfəzində gəmi əleyhinə yeni raketi sınaqdan keçiriblər. raketin elə ilk sınağından sonra ABŞ HDQ gəmiləri Fars körfəzindəki mövqelərindən geri çəkiliblər.