Bu gün İranın yeni prezidenti Həsən Ruhaninin İnqilab Rəhbəri tərəfindən ratifikasiyası mərasimi keçirilib.
Həsən Ruhaninin prezidentlik hökmünün İran İslam İnqilabının Böyük Rəhbəri tərəfindən təsdiq edilməsi mərasimi bu gün İmam Xomeyni(r.ə) hüseyniyəsində keçirilib və İnqilab Rəhbəri tərəfindən prezidentlik hökmünün imzalanması ilə Həsən Ruhaninin 4 illik prezidentlik dövrü rəsmən başlamış oldu.
Xalq tərəfindən seçilmiş şəxsin prezidentlik hökmünün İnqilab Rəhbəri tərəfindən təsdiq edilməsi ölkə konstitusiyasının 110-cu maddəsi əsasındadır.
İran Konstitusiyasının 110-cu maddəsinin 1-ci bəndinə əsasən İran prezidentinin 4 illik prezidentlik dövrü onun prezidentlik hökmünün İnqilab Rəhbəri tərəfindən təsdiq edilməsi ilə başlanmış olur.