İranla Çin arasında Hidroelektrik Stansiyası

İran Hidro Elektrik Stansiyası İnkişaf şirkətinin baş direktoru ölkənin cənub qərbində Çaharməhal Bəxtiyari ostanının Ardal Hidro Elektrik Stansiyaları şirkəti ilə Çin şirkəti arasında müqavilənin imzalanmasını bildirib.

Seyid Məhəmmədrza Rzazadə deyib: Çaharməhal Bəxtiyari ostanının hidro elektrik stansiyalarının tikintisinin icra işləri üçün 4 il vaxt lazımdır.
Onun sözlərinə görə Ardal hidro elektrik stansiyalarının proyekti 3 stansiyaya şamildir. Ümumilikdə onların illik enerji istehsal həcmi 100 qiqavat saata bərabərdir.

Exit mobile version