Bu gün bazar ertəsi 28 mordad 1392-ci, 11 şəvval 1434-cü hicri qəməri və 19 avqust 2013-cü il 1953-cü ildə İranın hökumətinə qarşı ABŞ-ın çevrilişinin ildönümü gününə təsadüf edir.
28 mordad 1332-ci günəş ilində (19 avqust 1953-cü il) İranın o vaxtkı baş naziri Məhəmməd Müsəddiq İngiltərə, ABŞ və İranın devrilmiş şahının muzdlularının fitnəsi ilə süqut etdi. Məhəmməd Rza Pəhləvi öz amerikalı ağalarının himayəsi ilə çox gücləndi və dəhşətli şəkildə zülm və sitəm təbilini çaldı. Təxminən 25 il sonra İranın müsəlman xalqının qəzəbi 1357-ci günəş ili 22 bəhməndə Pəhləvinin zülm sarayını viran etdi.
ABŞ-ın Mərkəzi Təhlükəsizlik Agentliyi təxminən 60 ildən sonra 1993-cü il 19 avqustda İrana qarşı o zamankı çevrilişə etiraf etdi.
Mərkəzi Kəşfiyyat İdarəsi MKİ ABŞ-ın bu çevrilişə rəhbərlik etməsi və onu istiqamətləndirməsinə dair sənədləri rəsmi şəkildə yayımlayıb.
MKİ bu sənədləri ABŞ-da informasiya azadlığının dövriyyəsi qanununa əsasən yayımlayıb.
Bu sənədlərin bir hissəsi ilk dəfə olaraq 1981-ci ildə yayımlandı. Lakin indiyə qədər onun əsas hissəsi ictimaiyyətə təqdim olunmurdu. Bu sənədlərin bir hissəsində açıq-aşkar qeyd olunur ki, Müsəddiq və onun Milli Cəhbəsi Nazirlər Kabinetini devirən hərbi çevriliş MKİ-nin rəhbərliyi ilə ABŞ-ın xarici siyasət addımlarından biri olaraq atılıb.
Bu sənədlər MKİ tarixçilərindən biri tərəfindən 1970-ci onillikdə “İran üçün müharibə” adlı hesabatın bir hissəsindən götürülmüşdür.
Foreign Policy yazır: MKİ-nin uzun illərdən sonra bu sənədlərin yayımlanmasına əl atmasının səbəbi bəlli deyildir. Habelə bu sənədlərin bəzi hissəsinin uzun illər gizli saxlanılmasının səbəbi məlum deyil.
1332-ci günəş ili 28 avqust çevrilişi və ABŞ və İngiltərənin gizli servislərinin planı əsasında Müsəddiqin qanuni hökumətinin devrilməsi bu həqiqəti açıq-aşkar nümayiş etdirir ki, qərb demokratiya iddiaçısı olaraq mənafeyi tələb etdiyi hər bir zamanda demokratiya və xalq hakimiyyəti kimi məsələləri ortaya atır və bu yolda hətta quldur və yolkəsənlərlə əməkdaşlıqdan çəkinmir.