İranXƏBƏRLƏR

İranlı gənclər Suriyada cihada hazır olduqlarını elan ediblər

Bir qrup iranlı gənc bəyanat yayaraq, Suriyaya getməyə və sionistlərə qarşı cihad etməyə hazır olduğunu bildirib.

Özlərini “Suriya Könüllüləri” adlandıran bir qrup iranlı gənc bəyanat yayaraq, bildiriblər ki, müqaviməti himayə məqsədilə cümə günü ölkə səviyyəsində yürüş təşkil edəcəklər.

Bu gənclər İran və İraq hökumətindən Suriyaya getmək üçün sərhədləri açmalarını və işğal olunmuş əraziləri azad etmək üçün quru əməliyyatlarına dəstək məqsədilə raket hücumları ilə dəstək vermələrini istəyiblər.

Bu bildirişdə deyilir: İran İslam Respublikası hökuməti və İraq hökumətindən istəyirik ki, İran və İraqdakı könüllü xalq qüvvələrinin cihad üçün Suriyaya getmələri üçün yolu açsınlar.

Bəyanatda daha sonra deyilir: Regionun bütün xalqlarından ayıq olmalarını və düşmənin hər gün bir bəhanə ilə ölkələrimizə hücum edərək, onları bir-bir əlimizdən almalarına icazə verməsinlər. Bir gün Fələstini, bir gün Livanı, bir gün İraqı, bir gün də Suriyanı. Hamı əl-ələ verməli və ayağa qalxaraq, qyam etməli və sionist rejimi məhv etməklə ABŞ-ın yerinə oturtmalı, regionda təhlükəsizlik və sabitliyi bərqərar etməliyik.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı