Amerika rəsmiləri cümə günü iranlı hakkerlərin internet və elektron poçt xidmətləri verən Amerikanın Dəniz Qoşunlarının gizli olmayan kompüter sisteminə nüfuz etdiklərini bildirdi.
Wall Street Journal nəşri bu haqda yazıb: Amerika rəsmiləri hakkerlərin həssas informasiyalara yiyələnə bilməsi haqda heç bir faktın olmadığını bildirsələr də, bu rəsmilər hakkerlərin hədəflərinin artması haqda nigaranlıqlarını bildiriblər. Amerika rəsmilərinin bildirdiyinə görə hakkerlər öncələr enerji şirkətləri və bankların internet saytlarını hədəf tutmuşdular.
Məlumatlı mənbələr Wall Street Journala bildiriblər ki, internet atmosferində olan bu nüfuzun detalları haqda Amerikanın müdafiə naziri Çak Hegel-ə və ABŞ Ordusunun Baş Qərargah rəisi General Martin Dəmpsi-ə məlumat verilib və onlar bu məsələ haqda reaksiya verəcəklər.
Amerikanın Müdafiə Nazirliyi iranlı hakkerlərin bu ölkənin Dəniz Qoşunlarının kompüter sisteminə nüfuz etməsini təsdiq etməyib.
Amerikan rəsmilər bildiriblər: ABŞ Dəniz Qoşunlarının kompüter sistemini hakk etmək , İranın kompüter qabiliyyətlərinin Amerikanın təhlükəsizlik agentliklərinin təsəvvür etdiklərindən daha çox olduğunu göstərir. İranlı hakkerlərin Amerikanın Dəniz Qoşunlarının kompüter sisteminə nüfuz etməsi haqdakı xəbərlər, İran prezidenti Həsən Ruhaninin Amerika prezidenti Barak Obamaya nüvə proqramı haqdakı müzakirələrin yenidən başlanması barədə təklif irəli sürməsindən sonra yayımlandı.