İranXƏBƏRLƏR

İranlı karikaturaçı müharibə əleyhinə karikatura müsabiqəsinin qalibi oldu

İranlı karikaturaçı Məsud Şücayi Təbatəbayi Serbiyada keçirilən karikatura müsabiqəsinin 1500 avroluq böyük mükafatına layiq görülüb.

Məsud Şücayi Təbatəbayi Fars Xəbər Agentliyi ilə müsahibədə deyib: Serbiyada keçirilən 17-ci beynəlxalq karikatura müsabiqəsində bu il 70 ölkədən karikaturaçılar iştirak edirdilər. Mən bu müsabiqədə, müsabiqənin 1500 avroluq böyük mükafatına layiq görüldüm.
Şücayi bu müsabiqədə birinciliyə layiq görülən karikaturası haqda da deyib: Bu karikaturada bir amerikalı əsgər görürsünüz ki, bir qapını açır. Bu qapı isə müharibə qapısıdır. Bu əsgər qapını açdıqdan sonra tamamilə qaranlıq bir səhnə ilə üzləşir. Yəni müharibə qapısının arxasında qaranlıqdan və fəlakətdən başqa heç bir şey yoxdur.
Şücayi əlavə edib: Bu mükafat bütün İran xalqına məxsusdur. Zira İran xalqı daim sülhə fikirləşir və mən çox şadam ki, İranın adı bu beynəlxalq müsabiqədə bir sülh carçısı kimi gündəmə gəldi.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı