
İslam İnqilabının Böyük Rəhbərinin İranlı məsul şəxslər arasında vəhdətin əhəmiyyəti haqdakı mühüm sözlərinin ardınca İranın İslam Şurasının Məslisinin millət vəkilləri bu gün bir bəyanat yayaraq, İslam İnqilabının Böyük Rəhbərinin bəyanatlarını himayə etdiklərini elan ediblər.
İranın İslam Şurasının Məclisinin millət vəkilləri bu bəyanatda İranın əmək, korporasiya və ictimai rifah nazirinin impiçmenti zamanı bəzi iştirakçıların məntiqdən uzaq rəftarları və pis hərəkətləri haqda İslam İnqilabının Böyük Rəhbərindən üzr istəyərək, o həzrətin dünənki sözlərinə işar edib, belə bildiriblər: “ İranın İslam Şurası Məclisinin millət vəkilləri daim İslam İnqilabının Böyük Rəhbərinin tövsiyələrinə əsasən hərəkət edəcəklər”.