AsyaAzərbaycanXƏBƏRLƏR

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov Hacı Möhsün Səmədovun azadlığını tələb edib

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov Azərbaycan Respublikası İslam Partiyasının günahsız yerə həbs olunmuş lideri Hacı Möhsün Səmədovun azadlığını tələb edib.

“Vətən blokunun üzvü olan AİP-in lideri Mövsüm Səmədovla bağlı əfv komissiyasına müraciət etmək fikriniz varmı”, sualını cavablandıran İlyas İsmayılov: “ Azərbaycanda ictimai fikrə əhəmiyyət verən yoxdur.”
Kimin müraciət etməsindən asılı olmayaraq sözün havada qaldığını söyləyən deputat, “bu günə qədər digər məhbusların azadlığa buraxılması ilə bağlı kifayət qədər müraciətlər olunub. Lakin buna əhəmiyyət verən yoxdur”, – deyə qeyd edib: “Hacı Möhsün Səmədovun azadlığa çıxması ilə bağlı mənim müraciətimin təsiri olarsa, çox böyük məmnuniyyətlə edərdim. Ona görə ki, kiminsə günahsız yerə həbsdə saxlanılmasını istəmirəm. Lakin təəssüflər olsun ki, ölkədə ictimai fikrə əhəmiyyət verən yoxdur.”
Qeyd etmək lazımdir ki, Hacı Möhsün Səmədov dəfələrlə bildirib ki, günahsız olduğina xatir prezidentə əfv ərizəsi yazmayacaq.
Hacı Möhsün Səmədov məktəblərdə hicab qadağasına görə president İlham Əliyevi tənqid edib və buna xatir 12 il həbs cəzası alıb.
Dr. Hacı Möhsün Səmədovun həmən tarixi çıxışından gələn yanvar ayında 3 il ötür.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu