İranın Məşhəd şəhərinin azad universitetinin biofizika şöbəsinin magıstrantura tələbəsi 2014-cü il Cenevrənin ixtiralar festivalında qızıl medalı qazanıb.
Müxbirimizin məlumatına görə Nəsir Nikfərcam “yataq yaras”ının qarşısını alan anti-bakterial biofom döşəyini ixtira etməklə tibbi ixtiraları sektorunda qızıl medalı qazanıb.
Bu döşək təbii və bitki mənşəli materiallarından istehsal olunub.
Bu iranlı tələbənin ixtirası həmçinin Rumıniya ölkəsinin elmlər nazirliyinin qızıl medalını da qazanmışdır.
İsveçrənin Cenevrə şəhərinin 2014-cü il beynəlxalq ixtira festivalında 42 ölkədən 800 ixtiraçı iştirak etmişdir.