İraqın Dilayi vilayətinin Bəqubə şəhərində iranlı zəvvarları daşıyan avtobusa silahlı hücum təşkil olunub.
Hadisə zamanı 6 nəfər həyatını itirib, 20 zəvvar isə yaralanıb.
hadisə Bəqubə şəhərinin şimalında yol kənarına yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində baş verib. Partlayış zamanı xəsarət alan bəzi zəvvarların vəziyyətinin ağır olduğu açıqlanıb.