Novruz bayramı günlərinin yaxınlaşması ilə Novruz tətil günlərini keçirmək üçün İrandan Azərbaycan Respublikasına səfərlərin artması ehtimalı onlar üçün sadələşdirilmənin yaradılmasını zəruri edib.
Bu elə bir haldadır ki, Azərbaycan Respublikasına girişlərdə qanuni və qeyri-qanuni məhdudiyyətlərin artması vətəndaşların narazı və onların Azərbaycan Respublikasının vəziyyətindən narahat olmasına səbəb olur.
Halbuki Azərbaycan Respublikası hökuməti və parlamenti də Novruz bayramına neçə ay qalmış İranla sərhədyanı ərazilərdə yaşayan vətəndaşların keçidinin sadələşdirilməsi üzrə müqaviləni ləğv etməklə, hətta sərhədyanı ərazilərdə yaşayan vətəndaşların öz yaxınları və tanışlarına baş çəkmək üçün sərhədi keçmələrinə məhdudiyyət yaratmışlar.
Azərbaycan Respublikası hökuməti vətəndaşlar üçün sərhəddə vizanın verilməsindən də çəkinir və sərhədyanı ərazi sakinləri də Azərbaycan Respublikasına viza almaq üçün bu respublikanın Təbriz və ya Tehrandakı konsulluğuna müraciət etməyə məcbur olurlar. Bu konsulluqlar da vətəndaşlardan rəsmi rüsumdan əlavə qeyri-qanuni məbləğlər alaraq viza verirlər.
Halbuki Azərbaycan Respublikası rəsmiləri İranla sərhədyanı ərazilərdə yaşayan vətəndaşların keçidinin sadələşdirilməsi üzrə müqavilənin bərpası barəsində hələ də öz fikir ayrılıqlarını aradan qaldıra bilməmişlər.
Azərbaycan Respublikası parlamentinin sədri Oktay Əsədov bu müqavilənin bərqərar olunmasını ehtimal etdiyi bir halda hakim Yeni Azərbaycan partiyasının icra katibinin müavini və qeyri-məntiqi sözlərinə görə məşhurlaşan deputat Siyavuş Novruzov İranla sərhədyanı ərazi sakinlərinin keçidinin sadələşdirilməsi üzrə müqavilənin bərqərar olunmasına qarşı çıxıb.
Siyavuş Novruzov deyib: Xüsusilə Novruz bayramı günlərində İrandan müsafirlərin sayı həddindən artıq artır. Mən bu müqavilənin bərqərar olunmasına heç bir lüzum görmürəm.
Qərb və sionist rejimə xoş gəlmək üçün iranlıların Azərbaycan Respublikasına səfərlərinə məhdudiyyətin yaradılması elə bir haldadır ki, ötən illər ərzində iranlıların Bakıya Novruz səfərləri Azərbaycan Respublikasına diqqəti cəlb edəcək dərəcədə gəlir gətirirdi və iki ölkə xalqları da bir-birləri ilə daha yaxından tanış olaraq ünsiyyət qura bilirdilər.
İranla ictimai əlaqələrin məhdudlaşdırılması istiqamətində Bakının siyasətinə baxmayaraq, Tehran son illər ərzində İrana səfər üçün Azərbaycan Respublikası vətəndaşlarına viza rejimini ləğv etməklə yanaşı azərbaycanlı xəstələrin İranda müalicəsi, ziyarət səfərləri və öz ehtiyac duyduğu vasitələrin alınması üçün genişmiqyaslı sadələşdirmələr həyata keçirmişdir.
