Fələstinin İslami Müqavimət Hərəkatı Həmas bir bəyanatda Sionist rejimin nazirlər kabinetini son günlər Qəzzə zolağında törədilən hadisədə günahlandırıb.
Fələstinin xəbər agentliyi ( SƏMA) qeyd edib : Həmas hərəkatının sözçüsü ” Fuzi Bərhum ” cümə axşamı günü bir bəyanatda Sionist rejimin Qəzzə zolağına qarşı hücumunu yeni mərhələyə daxil etməsinə toxunaraq bildirib : Müqavimət sionistlərin bu hücumları qarşısında möhkəm müqavimət göstərmək üçün yeni bir planı icra edəcək.
Sionist rejim ordusu çərşənbə günü gecə bir neçə mərhələdə Qəzzə zolağını havadan və qurudan ağır raket zərbələrinə məruz edib.
Son üç gündə sionistlərin hücumunda təqribən 9 fələstinli şəhid olubdur. bu hücumların ardınca fələstinli qrupların sədrləri müqavimətin davam etməsinin üzərində təkid ediblər.
