İran İslam Respublikasının raket sənayesinin genişləndirilməsi önləyici addımlardan biridir . Bu fikiri sepahın baş komandanı general-leytenant Məhəmmədəli Cəfəri səsləndirib.
General Cəfəri cümə axşamı günü Tehranda jurnalistlər qarşısında bəyan edib : Sepah özünün strateji əhəmiyyətli silahlarını elə bir tərzdə mühafizə edir ki, düşmən onun yerini yoxlamaq iqtidarında deyil . Belə ki, minlərlə bomba və raketlə onları məhv edə bilməz.
” Bəlkə də bəzilərinin İranın müdafiə təhlükəsizliyinin cəhətləri barədə təsəvvürləri başqa tərzdə olsun . Ancaq bir həqiqətdir ki, İranın müdafiə qabiliyyəti yüksək səviyyədədir və kilassik üsuldan fərqli olaraq raketlərin qorunması , keyfiyyəti istifadəsi də fərqlidir.Livan Hizbullahının İsrail rejiminə qarşı istifadə etdiyi raketlər dediklərimizə yaxşı bir nümunədir”deyə- General Cəfəri sözlərini davam etdirib.
İslam inqilabı pasdarlar korpusunun komandanı habelə İranda istehsal olunmuş pilotsuz təyyarələrin istifadə tərzinə də münasibətini bildirib və deyib : İrandakı yeni pilotsuz təyyarələr bir sutka ərzində və yüksək sürətlə hündürlüklərdə uçmaq qabiliyyətinə malikdir . Hətta müasir texnologiyalarla təchiz ediliblər.

