ABŞ-ın pilotsuz təyyarələrinin Əfqanıstanın şərqinə hava hücumları 10 nəfərin ölümü ilə nəticələnib.
İranın teleradio təşkilatının puştun dilli radiosunun məlumatına görə Amerikanın pilotsuz təyyarələri çərşənbə günü səhər çağı Əfqanıstanın şərqində Nəngərhar vilayətində Naziyan qəsəbəsini hava hücumuna məruz ediblər.
Hücumda 10 əfqan mülki həlak olub.
ABŞ-ın pilotsuz təyyarələrinin Əfqanıstana hücumları bu ölkə xalqının hiddətinə səbəb olub. Belə ki əfqanlar təşkil etdikləri müxtəlif aksiyalarda dəfələrlə amerikalıların bu təcavüzünü pisləyib və işğalçı qüvvələrin bu ölkəni tərk etmələrini istəyiblər.