AsyaDünyaSuriyaXƏBƏRLƏR

Suriya əleyhdarı müxaliflərə Türkiyə vətəndaşlığı verildi

Türkiyə hökumətinin, “Suriyalı müxaliflər Koalisiyası” nun bəzi üzvlərinə Türkiyə vətəndaşlığı verdiyi ifadə edildi.

Livan əl-Səfir qəzeti, Suriyada gərginliklərin başladığından etibarən İstanbulda olan Semir Nəsai, Xalid Saleh, Əhməd Ramazan, Corc Səbrə, Hüseyn Seyit, Faruk teyfur, Nezer Həkim, və Əhməd Tu’me kimi koalisiya liderlərinə Türkiyə vətəndaşlığı verildiyini ifadə etdi.

Suriya hökumətinin xarici müxalifət liderlərindən Corc Səbrə Türkiyə hökumətinin hərəkətini tərifləyərək, bu sayədə Suriyalı müxalifət liderlərinin səyahət problemlərinin aradan qaldırıldığını ifadə etdi.

Suriyalı müxalifətə tanınan vətəndaşlıq haqqı, Türkiyə konstitusiyasına zidd bir hərəkətdir, çünki konstitusiyaya görə vətəndaşlıq haqqı almaq üçün ən az 5 il Türkiyədə yaşamaq lazımdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu