İraq ali dini mərcə təqlidi bu ölkədə kütlələr və dinlər arasında dinc yanaşı yaşamın olmasını vurğulayıb.
Kərbəla şəhərində təqlid mərcəyi Ayətullah Sistaninin nümayəndəsi Höccətülislam Seyid Əhməd Safi deyib: Hamı müxtəlif kütlələr və məzhəblər arasında dinc yanaşı yaşama prinsipinə hörmətlə yanaşmalıdır.
Dinc yaşayışın hamının haqqı olduğuna toxunan Safi əlavə edib: İraqda din və məzhəblər müxtəlifdir və bütün insanlar qarşı tərəfin dəyər və adət-ənənələrinə hörmətlə yanaşmalıdır.
İraq təqlid mərcəyinin Kərbəla şəhərindəki nümayəndəsi söyləyib: Heç bir tərəf və yaxud qrup digərləri ilə müharibə aparmaq və məhv etmək hüququna malik deyil və dinc yanaşı yaşamaq üçün ölkədə təhlükəsizlik və stabillik bərqərar olunmalıdır.
İraqın müxtəlif bölgələri son bir neçə ay ərzində terror aktlarına məruz qalmışdır. Bu aktlarda yüzlərlə İraq vətəndaşı həlak olmuşdur.