Yaxın Şərq böhranının həlli üçün müstəqil Fələstin ölkəsinin təşkilindən başqa bir yol yoxdur. Amerikanın keçmiş prezidenti- Bill Klinton bazar ertəsi günü Təl-Əvivdə vurğulayıb: Regionda mövcud olan böhranın yeganə həll yolu, fələstinlilər tərəfindən müstəqil bir ölkənin təşkilidir.
Pres Akademik Mərkəzində çıxış edən Klinton bu mərkəzin akt salonuna toplaşmış sionist nazirlər və nümayəndələrə üzünü tutaraq, deyib: Siz öz gələcəyinizi öz qonşunuzla bölüşməlisiz. Zira bu illərdə İsrailin mahiyyətinin qorunması üçün başqa bir həll yolu təqdim olunmayıbdır.