İraq parlamentinin neft və qaz komissiyasının üzvü olan deputat ölkə və Kürdüstan regionu ərazisindəki bütün sərhəd keçidlərinin idarəçiliyinin üç Amerika şirkətinə həvalə ediləcəyini açıqlayıb.
Məlumata görə, sözügedən şirkətlər sərhəd keçidlərinə nəzarət, yoxlama, monitorinq və gəlirlərin toplanmasını həyata keçirəcək. Toplanan vəsaitlər daha sonra İraq Maliyyə Nazirliyinin xəzinəsinə köçürüləcək.


