Suriyada əcnəbilərin dəstəklədiyi terrorçu, bir Suriya əsgərinin ürəyini yediyi halda çəkilmiş və yayılmış 27 saniyəlik videonun doğru olduğunu təsdiqləyib.
Əbu Şakir adı ilə tanınan Xalid Əl-Əhməd Skype vasitəsi ilə tims qəzetinə verdiyi açıqlamada bu videonun doğru olduğunu təsdiqləyib. O Suriya əsgərinin ürəyini çıxardığını deyib. İnsan haqları gözətçiləri təşkilatı bu hərəkəti hərbi cinayət adlandırıb.