İraq paytaxtında aksiya

Yüzlərlə İraq vətəndaşı terror aktlarına etiraz olaraq bu ölkə paytaxtında aksiya keçirib.

Yüzlərlə Bağdad sakini İraqda törədilən terror aktlarını pisləyib və hökumətdən bu ölkənin təhlükəsizlik böhranını həll etməsini və terrorizmlə mübarizəni gücləndirməsini istəyib.

Bu aksiya iştirakçıları öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq edən təhlükəsizlik qüvvələrinin mühakimə olunmasını istəyiblər.

Son zaman kəsiyində Bağdadda və İraqın bəzi vilayətlərində terror aktları artıb. Bomba partlayışları nəticəsində yüzlərlə insan ölüb və yaralanıb.

Exit mobile version