İraqın paytaxtında baş vermiş beş terror partlayışında azı on iki nəfər həlak olub.
Əl-Iraqiyyə kanalı bildirib ki, çərşənbə günü Bağdadın müxtəlif məntəqələrində baş vermiş bu partlayışlarda onlarla nəfər də yaralanıb və böyük xəsarətlər törənibdir.
Belə bir halda, Səlahəddin vilayətinin təhlükəsizlik mənbələri Samirra şəhərində baş vermiş terror partlayışları qurbanlarının sayını yetmiş üç nəfər elan ediblər.
Səlahəddin vilayətinin təhlükəsizlik mənbələri deyiblər: Dünən Samirra yerli şurasının binasına edilmiş terror hücumları və partlayış zamanı, eləcə də onların təhlükəsizlik qüvvələri ilə toqquşmasında əlli iki nəfər də yaralanıbdır.
Bu terror hücumlarında öncə Samirra yerli şurasının binasının qapısında bir avtomobil partlayıb və altı terrorçu özünü binanın girəcəyində və onun daxilində partladıbdır.
Təhlükəsizlik məmurları ilə terrorçular arasındakı toqquşmada yerli şuranın binasına, Samirra icra hakimiyyəti binasına, bu şəhərin məhkəməsinə və polis mərkəzlərindən birinə də ciddi zərər dəyibdir.
Bu toqquşmalarda həmçinin otuz iki avtomobil də yanıbdır.