DünyaFələstinXƏBƏRLƏR

Fələstinli məhbusların azad edilməsi tələb olunub

İordan çayının qərb sahillərində işğal olunmuş ərazilərdə əhali genişmiqyaslı aksiya keçirərək İsrail rejimi həbsxanalarındakı fələstinli məhbuslarla həmrəyliyini elan edib.

Yüzlərlə etirazçı Ramullah şəhəri küçələrinə axışaraq heç bir ittihamı bildirilmədən və ya mühakimə olunmadan sionist rejim həbsxanalarındakı fəlioəstinli məhbuslarla həmrəyliyini nümayiş etdirib. Məlumatı Səhər telekanalı saytı verib.

Bu aksiya iştirakçıları fələstinli məhbusların şəkillərini özləri ilə daşıyıblar.

Onlardan bəzisi məhbus paltarında gözlərini bağlayıb və əllərinə qandal vurub.

Aksiyaçılar aclıq aksiyası keçirən bütün məhbusların dərhal azad olunmasını tələb ediblər.

Fevral ayında minlərlə fələstinli məhbus iki övladın atası 30 yaşlı məhbus Ərəfat Cəradatın ölümünə etiraz olaraq bir günlük aclıq aksiyası keçirib. İsrail rejimi Ərəfat Cəradatın ürək çatışmazlığı nəticəsində Magido həbsxanasında vəfat etdiyini iddia edir.

Fələstinli məhbuslar İsrail rejiminin zorakı “idarə” həbslərinə etiraz olaraq aclıq aksiyasına başlayıblar.

İdarə həbsi Təl-Əvivin qalmaqallı addımlarından biridir ki, sionist başçılara fələstinliləri heç bir ittiham və mühakimə olunmadan naməlum müddətə qədər həbs etmək icazəsi verir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu