AzərbaycanİranXƏBƏRLƏR

İdman və gənclər naziri Azərbaycan ilə münasibətlərin möhkəmləndirilməsinə təkid etdi

İran İslam Respublikasının Bakıda səfərdə olan idman və gənclər naziri Azərbaycan Respublikası ilə münasibətlərin gücləndirilməsini istəyib.

İranın idman və gənclər naziri Məhəmməd Abbasi çərşənbə günü Azərbaycan Respublikası Parlamentinin sədr müavini Ziyafət Əsgərov ilə görüşdə iki ölkənin mədəni, tarixi və dini ortaqlıqlarını xatırladaraq, qarşılıqlı əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsində İran və Azərbaycan Respublikası parlamentlərinin rolunu önəmli adlandırıb.

Abbasi İran və Azərbaycan Respublikasının ikitərəfli əlaqələrin genişləndirilməsində çeşidli potensiallara malik olduqlarını deyərək, ümidvarlıq edib ki, bu imkanlar və potensiallardan maksimum istifadə ilə iki ölkə arasındakı əməkdaşlıqların və münasibətlərin daha artıq inkişafının şahidi olaq.

İranın idman və gənclər naziri həmçinin, İran-Azərbaycan münasibətlərini korlamaqda düşmənlərin nakam qaldıqlarını deyərək, vurğulayıb: Xoşbəxtlikdən iki ölkə arasındakı dostluq münasibətləri yüksələn xətt üzrə hərəkət edir.
M.Abbasi həmçinin, Tehran ilə Bakı arasındakı əməkdaşlıqları Xəzər dənizində təhlükəsizliyin təmin edilməsində də önəmli adlandırıb.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov da bu görüşdə İran ilə münasibətlərin bütün sahələrdə o cümlədən siyasət, mədəniyyət, iqtisadiyyat və parlamentlər səviyyəsində genişləndirilməli olduğunu vurğulayaraq, iki ölkə xalqının dostluğunu daimi və əbədi adlandırıb.

Ziyafət Əsgərov həmçinin, Azərbaycan Respublikası prezidentinin təkidlərini xatırladaraq deyib: Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı istifadə icazəsi verməyəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu