İranın xarici işlər nazirliyinin yüksək vəzifəli məsul işçisi, 5+1 qrupnun məsulları və ekspertləri ilə yerdə qalan cüzi ixtilafların həll ediləcəyindən xəbər verib.
Seyid Abbas İraqçı cümə günü (3 yanvar) Tehranda müxbirlərlə müsahibədə Avropa Xarici Siyasət komissiyasının koordinatoru Katrin Aştonun müavini Helqa Şmit ilə görüşü barədə açıqlamasında bu görüşün zamanının dəqiqləşdirilməməsini deyib.
İraqçı 20 yanvarın Cenevrə anlaşmasının icra edilməsi tarixi olduğu barədə deyib: Belə bir tarix üzrə anlaşma əldə edilib lakin anlaşmanın icra edilməsi üzrə razılaşmanın əldə edilməməsini nəzərə alaraq bu barədə qətti fikir söyləmək olmaz.
İranın xarici işlər nazirinin müavini Cenevrə anlaşması üzrə yerdə qalan məsələlər barədə deyib: İkitərəfin ekspertləri bir iki mövzudan başqa digər sahələrdə razılıq əldə ediblər və qarşıdakı görüşlərdə yerdə qalan məsələrlərin həll edilməsi üçün də səylər göstəriləcəkdir.