İraqçi: nüvə müzakirələrində son həll yolu İranın ehtiyacları əsasında olacaq

İran İslam Respublikasının xarici işlər nazirinin müavini deyib: İran ilə 5+1 qrupu arasında son razılaşma İranın uranın zənginləşdirilməsi sahəsindəki ehtiyacları əsasında olacaq.

Abbas İraqçi İran ilə 5+1 arasındakı müzakirələrin altı aydan sonrakı durumu barədə deyib: İran son həll yolunda etimad yaratma çərçivəsində zənginləşdirməyə məhdudiyyətin qoyulması ilə razılaşacaq.

İraqçi deyib: Cenevrə razılaşması əsasında, nəzərdə tutulmuş müddətdə son addım atıldıqda, İranın nüvə fəaliyyətləri ilə nüvə silahına malik olan hər hansı başqa ölkə kimi rəftar ediləcək və bu hər şeyin adiləşməsi və bu sahədə heç bir məhdudiyyətin olmayacağı deməkdir.

↑
Mobil sürümden çık