İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Beynəlxalq Səhər telekanalı müxbirinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin İrana səfəri, rəsmilər, təqlid mərcələri və İslam İnqilabının Böyük Rəhbəri ilə görüşləri ilə bağlı sualına cavabda bu səfəri müsbət dəyərləndirib və deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası çoxlu mədəni, tarixi və siyasi ortaqlıqlara malikdir və bu səfər də bu ortaqlıqlara əsasən baş tutdu.
Bu gün Tehranda mətbuat brifinqində daxili və xarici jurnalistlərin suallarını cavablandıran İraqçı Allahşükür Paşazadənin Azərbaycan Respublikasında önəmli şəxsiyyət olduğunu vurğulayıb.
İraqçı Azərbaycan Respbulikası xalqının bu səfərin detallarının açıqlanması ilə bağlı istəyinə cavab olaraq isə deyib: Görüşün detallarının açıqlanması İslam İnqilabının Böyük Rəhbərinin ofisinin qərarından asılıdır.