İran İslam Respublikasının nüvə müzakirəçi heyətinin üzvü sabah çərşənbə axşamı Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru Katrin Şton ilə görüşəcək.
İRNA məlumat verib: Seyid Abbas İraqçi hazırda 5+1 qrupu üzvlərindən olan Almaniya tərəfi ilə məsləhətləşmək üzrə Berlindədir. O sabah Katrin Ştonla görüşəcək.
Bu görüş 24 noyabr Cenevrə razılaşmasından sonra İranın nüvə müzakirəçi heyəti ilə Avropa İttifaqının xarici siyasəti üzrə məsul şəxsin ilkin görüşüdür.
