İraqda 14 terrorçu öldürülüb

İraq polisi 14 terrorçunun öldürüldüyünü və çoxlu sayda silahlı şəxsin həbs olunduğunu bildirib.

Hərbi mənbələr bildiriblər ki, İraq təhlükəsizlik qüvvələri Bağdadın şimalında 11 yaraqlını öldürüb və onlarla nəfəri həbs ediblər.

Digər tərəfdən İraq polisi və ordunun baş qərargah qüvvələri Tekritin şərqində bir neçə kənddə təhlükəsizlik əməliyyatı keçiriblər. Nəticədə 3 yaraqlı öldürülüb, 3 nəfər də yaxalanıb.

Bu istiqamətdə İraq Daxili İşlər Nazirliyinin sözçüsü Səd Məən bazar günü bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri İraqda təhlükəsizliyi qorumaq üçün hazır vəziyyətə gətiriliblər.

İraqda son zaman kəsiyində terror aktları artıb. Bu ölkənin müxtəlif bölgələrində bomba partlayışları hər gün bir qrup iraqlının dünyasını dəyişməsinə səbəb olur.

Exit mobile version