İran, Əfqanıstan, Tacikistan və Pakistan prezidentləri Kabildə, Əfqanıstanın prezident sarayında keçirilən Novruz şənliyi mərasiminin kənarında dördtərəfli görüş təşkil ediblər.
İRNA-nın məlumatına görə, Həsən Ruhani, Hamed Kərzay, İmaməli Rəhman və Məmnun Hüseyn bu dördtərəfli görüşdə fars dilinin gücləndirilməsi və Novruz kimi adət-ənənələrin qorunmasına təkid edərək, Novruzu dostluq və sülhün simvolu adlandırıb, regionda sabitliyin qorunmasını vurğulayıblar.
Ruhani, Kərzay və Rəhman bu görüşdə həmçinin, ölkələri arasında əlaqələrin bütün sahələrdə genişləndirilməsinə təkid ediblər.
Regional Novruz Şənliklərinə bu gün İran, İraq, Pakistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Ermənistan, Özbəkistan, Qazaxıstan və Hindistanın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Əfqanıstanın prezident sarayında start verilib.