
Azərbaycan Republikası Ordusunun daha bir əsgərinin intihar etdiyi iddia olunub.
APA-nın məlumatına görə, hadisə Sumqayıtda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş verib.
Rəsmi xəbərdə iddia olunub ki, hərbi hissədə xidmət edən Hüseynov Nicat Habil oğlu bu il fevralın 11-də xidməti yerini özbaşına tərk edib. Fevralın 15-də isə onun meyiti Sumqayıt şəhəri ərazisindəki göldə tapılıb.
Zahirən əsgər ölümündən əvvəl yazdığı məktubda sevdiyi qızdan bəhs edib.