İraqda baş verən terr.aktdalarda 60 nəfər həlak olub

İraqın müxtəlif məntəqələrində bomba quraşdırılmış avtomobillərin partladılması nəticəsində təqribən 60 nəfər həlak olub.

Dünən və geçən gecə (çərşənbə 3 sentyabr) Bağdad şəhərinin müxtəlif məntəəqlərində xüsusilə də şiə sankinli məntəqələrdə 19 bomba quraşdırılmış avtomobilin partlayışı nəticəsində ən azı 60 nəfər həlak olub, 250 nəfərdən çox insan isə müxtəlif bədən xəsarəti alıblar.

İraq 2003-cü ildən bəri Ərəbistan rejimi başda olmaqla bəzi ərəb hökumlərindən gələn terrorçular vasitəsi ilə artıq problemlərlə üzləşib. Bu məsələ isə xüsusilə də son aylarda təhlükəsizlik və dincsizliyi bərqərar etmək üçün ölkənin təhlükəsizlik qüvvələrinin göstərdikləri səylərə rəğmən kəskinləşib.

İraqın sabiq milli təhlükəsizlik müşaviri Müvəffəq Əl-Rəbii bildirib ki, İraqda terror əməliyyatlarını həyata keçirən hər 10 terrorçudan doqquzunu İraqın qonşusu olan ərəb ölkələrinin, özəlliklə də Ərəbistanın vətəndaşları təşkil edir.

Terrorçuların İraqa daxil olmalarının qarşısının alınmasında İraq təhlükəsizlik qüvvələrnin çoxlu nailiyyətlərinə rəğmən, İordaniya, Suriya və Ərəbistan ölkələrindən silahlı terrorçular ölkəyə daxil olmağa imkan tapır. İraq sərhəd məntəqəsi komandanı Hüseyn Əviz Əl-Ğəzli bildirib ki, Ərəbistandan İraqa daxil olmaq istəyən 106 terrorçu sonlarda həbs edilib.

Baş nazir Nuri Maliki İraqın parçalanması üzrə intriqalara toxunaraq xəbərdarlıq edib ki, terrorçuların müxtəlif əməliyyatlarının qarşısını almaq üçün və fitnəkarların çirkin planlarının qarşısını almaq məqsədi ilə ölkədə hazırda hər nədən çox milli birliyin yaradılması vacib sayıllır.

↑
Mobil sürümden çık